Venesuelada təhlükəsizlik orqanlarının uzun müddət davam edən axtarışlardan sonra “Dovşan” ləqəbli Karlos Enrike Qomeş adlı cinayətkar tapılaraq məhv edilib.
Globalinfo.az xəbər verir ki, bu barədə Teleqram kanalları “Larepablik”ə istinadən məlumat yayıblar.
“Dovşan”a qarşı keçirilən əməliyyatda həbs edilənlərin də olduğu qeyd edilib.
Bildirilib ki, hökumət qətl, adam oğurluğu, soyğunçuluq və digər cinayətlərdə ittiham olunan K.E.Qomeşin məhv edilməsinə bir milyon dollar mükafat təyin etmişdi.
Tamerlan Yayaqan
Globalinfo.az