tramp hormuz

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) may ayının əvvəlindən etibarən Hörmüz boğazı vasitəsilə təxminən 500 milyon barel xam neftin təhlükəsiz daşınmasına dəstək verdiyini açıqlayıb.

Globalinfo.az bildirir ki, Komandanlığın məlumatına görə, bu müddət ərzində ABŞ hərbçilərinin müşayiəti ilə boğazdan təxminən 1000 gəmi keçib.

Bəyanatda qeyd olunur ki, kommersiya gəmilərinin Hörmüz boğazından hərəkəti ABŞ hərbi qüvvələrinin dəstəyi ilə fasiləsiz davam edir.

Xatırladaq ki, daha əvvəl İran tərəfi Hörmüz boğazından keçməyə cəhd edən bəzi tanker və gəmilərin saxlanıldığını bildirib.

Hörmüz boğazı dünya enerji ticarəti üçün ən mühüm dəniz marşrutlarından biri hesab olunur və burada baş verən hadisələr qlobal neft bazarına birbaşa təsir göstərir.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: