pos

“Poseydon” nüvə torpedosu Rusiyanın ən dağıdıcı silah nümunələrindən biridir”.

Globalinfo.az xəbər verir ki, bunu rusiyalı ekspert Aleksandr Stepanov deyib.

“Poseydon” istənilən potensial təcavüzkara qarşı zəmanətli cavab verməyə imkan yaradan çəkindirmə vasitəsidir. Bunu maksimum dağıdıcı formatda həyata keçirə bilir. Belə silahların olması Rusiyanın potensial rəqib hesab etdiyi ölkələrin əksəriyyətinə zərbə endirmək imkanını təmin edəcək”, – o bildirib.

Ekspert əlavə edib ki, nüvə torpedosunun tətbiqindən sonra yaranan güclü sunamilər potensial rəqiblərin sahilyanı şəhərlərinə və yaşayış məntəqələrinə əlavə dağıntılar vura bilər.

Bu iddialar Rusiya rəsmiləri və ekspertləri tərəfindən də səsləndirilir.

Bundan əvvəl Britaniyanın “Daily Express” qəzeti yazmışdı ki, Rusiya Prezidenti Vladimir Putinin pilotsuz sualtı aparat “Poseydon” üzərində işlərin başa çatmaq üzrə olması ilə bağlı açıqlaması Qərb ölkələrinə xəbərdarlıq kimi qiymətləndirilməlidir.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: