Ukraynanın xarici işlər naziri Andriy Sibiqa İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ilə telefon danışığı aparıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Union” məlumat yayıb. Sibiqa sosial şəbəkədə paylaşdığı açıqlamada bildirib ki, söhbət zamanı ən mürəkkəb şəraitdə belə birbaşa dialoqun vacibliyini vurğulayıb.
Onun sözlərinə görə, əsas məqsəd regionda gərginliyin daha da dərinləşməsinin qarşısını almaqdır.
Nazir qeyd edib ki, Ukraynanın bütün addımları yalnız ölkəsinin müdafiəsinə yönəlib və heç vaxt mülki gəmiləri və ya dinc əhalini hədəfə almaq məqsədi daşımayıb.
Andriy Sibiqa həmçinin İranı vəziyyəti daha da gərginləşdirə biləcək addımlardan çəkinməyə və Rusiyaya göstərilən dəstəyi dayandırmağa çağırıb. O əlavə edib ki, Ukrayna həm Avropada, həm də Yaxın Şərqdə təhlükəsizlik və sabitliyin qorunmasının vacibliyini dəstəkləyir.
Tahir Turan
Globalinfo.az