z 1

Ukrayna Prezidenti Volodimir Zelenski Silahlı Qüvvələrin baş komandanı Aleksandr Sırskini vəzifəsindən azad etməklə xalqdan uzaq düşmədiyini göstərmək istəyib.

Globalinfo.az xəbər verir ki, bu barədə “RBK-Ukrayna” öz mənbələrinə istinadən yazıb.

Mənbələrin sözlərinə görə, Zelenskinin ətrafı Prezidentin “reallıq hissini itirdiyi” iddialarını təkzib edir:

“Baş komandanın təyinatı məsələsində o, “buğdanı samandan ayırmaq” qərarına gəlib və məsləhətləşmələrə etirazçılarla deyil, hərbçilərlə başlayıb”.

Bununla yanaşı, “RBK-Ukrayna” qeyd edir ki, praqmatik baxımdan vəziyyət Zelenskinin ictimai təzyiq qarşısında geri addım atdığı təsiri bağışlayır.

Nəşrin yazdığına görə, Prezidentin ətrafı isə bunu fərqli qiymətləndirir:

“Bu, Prezidentin xalqdan uzaq düşmədiyini göstərir. Bir il əvvəl NABU və SAP ətrafındakı hadisələr zamanı da oxşar vəziyyət yaşanmışdı. Həmin vaxt Avropa tərəfindən də ciddi təzyiq var idi”.

Qeyd edək ki, iyulun 21-də Zelenski Aleksandr Sırskini Ukrayna Silahlı Qüvvələrinin baş komandanı vəzifəsindən azad edib. Onun yerinə 2016–2019-cu illərdə 58-ci əlahiddə motoatıcı briqadaya komandanlıq etmiş, 2024-cü ilin sentyabrından isə “Luqansk” operativ-taktiki qrupuna rəhbərlik edən Mixaylo Drapatı təyin olunub.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: