yangin

Xətai rayonu, Kənd Əhmədli qəsəbəsində yaşayış binasında yanğın baş verib.

Globalinfo.az-a daxil olan məlumata görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin qüvvələri və polis əməkdaşları cəlb olunub. Ərazidə təhlükəsizlik tədbirləri görülür.

Yanğının söndürülməsi istiqamətində işlər davam edir. Hadisənin başvermə səbəbi və xəsarət alanların olub-olmaması hələlik məlum deyil.

Screenshot 2026 07 27 202347 Screenshot 2026 07 27 201748 Screenshot 2026 07 27 202024

Paylaş: