Kabo-Verde millisinin futbolçusu Sidni Kabralın Dünya Çempionatının 1/16 final mərhələsində Argentina yığmasının qapısına vurduğu qol turnirin ən yaxşı qolu seçilib.
Globalinfo.az xəbər verir ki, bu barədə FIFA məlumat yayıb.
Səsvermədə Özbəkistan millisinin üzvü Eldor Şomuradovun qolu ikinci, Haiti yığmasının hücumçusu Vilson İzidorun dəqiq zərbəsi isə üçüncü yeri tutub.
Qeyd edək ki, ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi etdiyi builki dünya çempionatının qalibi İspaniya millisi olub.