“Son beş il Rusiya tarixində mürəkkəb və son dərəcə məsuliyyətli dövr olub”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasının deputatları ilə görüşdə deyib.
Prezident hazırkı mərhələni də Rusiya tarixinin həlledici dövrlərindən biri adlandıraraq vurğulayıb ki, bu gün xalqın gələcəyi risk altındadır.
Putin daha əvvəl isə Rusiyanın həmişə yalnız irəli gedəcəyini bəyan edib.
O əlavə edib ki, rus xalqının gücü bütün çətinlikləri və qorxuları dəf etməyi bacarmasındadır.
Əliyar Xəlil
Globalinfo.az