hakim

2026-cı il futbol üzrə Dünya çempionatının final matçının baş hakimi Slavko Vinçiç turnirin başa çatmasından bir həftə sonra karyerasını başa vurub.

Globalinfo.az xəbər verir ki, bu barədə Sloveniya Futbol İttifaqının saytında məlumat dərc olunub.

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) onu 2026-cı il Dünya çempionatının ən yaxşı hakimi seçib.

İtaliyada isə Vinçiç nüfuzlu Culio Kampanati mükafatına layiq görülüb.

Qeyd edək ki, 2026-cı il Dünya çempionatının finalında İspaniya millisi Argentinaya 1:0 hesabı ilə qalib gəlib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: