endi

Böyük Britaniyanın Baş naziri Endi Börnem Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüş ərəfəsində Rusiyaya mesaj göndərib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.

Börnem bildirib ki, Moskva Londonun Kiyevə dəstəyi ilə bağlı qətiyyətinə şübhə etməməlidir.

“Böyük Britaniya Ukraynanın yanındadır və dəstəyimiz sarsılmaz olaraq qalır. Ukrayna üçün davamlı və ədalətli sülh əldə olunana qədər geri çəkilməyəcəyik”, – deyə Britaniya hökumətinin başçısı vurğulayıb.

Qeyd edək ki, Zelenski ilə Börnemin görüşü 27 iyulda Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələrinin bazasında keçiriləcək. Həmin bazada ukraynalı hərbçilər təlim keçirlər. Görüş zamanı tərəflərin Ukraynaya hərbi dəstək və müdafiə sahəsində əməkdaşlığı müzakirə edəcəyi gözlənilir.

Xatırladaq ki, Böyük Britaniyanın baş naziri daha əvvəl də Zelenskiyə Londonun Ukraynaya dəstəyi davam etdirəcəyini və Rusiyaya təzyiqi artıracağını vəd etmişdi.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: