meyit

Samuxda çobanın meyiti tapılıb.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində yerləşən yataqlardan birində qeydə alınıb.

Belə ki, Füzuli kənd sakini, 1969-cu il təvəllüdlü Zöhrab İlyasovun meyiti aşkar edilib. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırmalara başlanılıb.

Paylaş: