vladimir putin jomart tokayev 24062023

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin rusiyalı həmkarı Vladimir Putinlə görüşdə RusiyaUkrayna münaqişəsini dondurmağa çağırması onun Ukraynanın mövqeyini dəstəkləməsi anlamına gəlir.

Globalinfo.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib. Onun sözlərinə görə, hər iki tərəf eyni sözü deyir.

Kiyev də eyni sözü deyir, atəşkəsə hazır olduğunu vurğulayır. Doğrudur, Tokayev Putini tam qəzəbləndirməmək üçün tərəfləri İstanbuldakı danışıqlara qayıtmağa çağırış etdi. Bu isə sanki Rusiyanın maraqlarına uyğundur. Ancaq önəmli olan Tokayevin cümləsinin birinci hissəsidir. Tokayev müharibəni dayandırmaq çağırışı ilə həm də ölkəsinin maraqlarını nəzərə almış olur. Çünki, RusiyaUkrayna müharibəsi Qazaxıstan neftinin Qara dənizlə daşınmasına ciddi təhlükə yaradıb, Novorosisyk limanı və limana yaxınlaşan neft tankerləri dronların hədəfindədir”.

Politoloqun sözlərinə görə, Tokayev Putinlə görüşdə fikrini belə yekunlaşdırdı ki, “mən vasitəçi olmaqdan qəti şəkildə imtina edirəm”.

“Bütün hallarda Tokayev “müharibəni dayandır” mesajını birbaşa Putinin üzünə söylədi. Tokayevin bu açıqlamasına Rusiyanın digər iki tərəfdaşı – Belarus Prezidenti Aleksandr Lukaşenko və Çin lideri Si Cinpin də qoşulsalar, Putin daha ciddi təzyiq altına düşəcək”, – deyə o bildirib.

Paylaş: