İsrail Müdafiə Qüvvələri (İMQ) Qəzza zolağının mərkəzində keçirilən əməliyyat zamanı HƏMAS-ın komandirlərindən birinin öldürüldüyünü açıqlayıb.
Globalinfo.az xəbər verir ki, ordunun yaydığı məlumata görə, zərbə nəticəsində həlak olan şəxs Hamam Eid olub. İsrail tərəfi onun HƏMAS-ın pilotsuz uçuş aparatlarının (PUA) hazırlanması və istehsalı proqramına rəhbərlik etdiyini iddia edir.
İMQ-nin bildirdiyinə görə, əməliyyat Qəzzanın mərkəzi hissəsində həyata keçirilib və hədəf dəqiq zərbə ilə məhv edilib.
HƏMAS hələlik İsrailin bu açıqlamasına münasibət bildirməyib və hadisə ilə bağlı müstəqil təsdiq mövcud deyil. Buna görə də tərəflərin iddiaları qarşılıqlı şəkildə yoxlanılmaqdadır.
Tahir Turan
Globalinfo.az