ABŞ və İran arasında dolayı danışıqların bərpası istiqamətində yeni diplomatik addımlar atılıb.
Globalinfo.az xəbər verir ki, “Əl-Hədəs” telekanalının yaydığı məlumata görə, Vaşinqton və Tehran Qətər və Pakistanın vasitəçiliyi ilə irəli sürülən dialoqun yenidən başlanması təşəbbüsünə rəsmi cavablarını təqdim ediblər.
Məlumata əsasən, hər iki tərəf vasitəçilərə mövqeyini çatdırsa da, cavabların məzmunu hələlik açıqlanmayıb. Buna görə də tərəflərin danışıqların bərpasına razılıq verib-vermədiyi və ya hansı şərtləri irəli sürdüyü məlum deyil.
Qeyd edək ki, Qətər və Pakistan son aylarda Vaşinqtonla Tehran arasında gərginliyin azaldılması və diplomatik təmasların bərpası istiqamətində vasitəçilik səylərini davam etdirirlər. ABŞ və İranın son cavabları isə tərəflər arasında mümkün yeni dialoq mərhələsinə dair gözləntiləri artırıb.
Tahir Turan
Globalinfo.az