elnur kerimov 11

Ötən gün ilan sancması səbəbindən xəstəxanaya aparılan Əməkdar artist Elnur Kərimovun vəziyyəti məlum olub.

Globalinfo.az xəbər verir ki, Gənc Tamaşaçılar teatrının mətbuat katibi Samirə Əşrəf Oxu.Az-a açıqlamasında hadisənin aktyor bağda istirahət edən zaman baş verdiyini bildirib.

“Qohumlarının bağında istirahət edərkən Elnuru ilan sancıb. Xəstəxanaya aparıblar, ilkin müayinədən keçib və evə buraxılıb. Hazırda vəziyyəti yaxşıdır, evdə istirahət edir”, – deyə S.Əşrəf deyib.

Qeyd edək ki, aktyor özü də sosial şəbəkə hesabında xəstəxanada olmasını əks etdirən paylaşım edib.

E.Kərimovun özü ilə əlaqə saxlamaq mümkün olmayıb.

Paylaş: