WhatsApp Image 2026 07 25 at 12.44.22

Niyazi Bayramov Səmərqənd şəhərində “Qardaş şəhərlər” I Beynəlxalq Forumunda iştirak edir

Globalinfo.az xəbər verir ki, 24–25 iyul tarixlərində Özbəkistanın Səmərqənd şəhərində ilk dəfə olaraq “Qardaş şəhərlər” I Beynəlxalq Forumu keçirilir. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Azərbaycan nümayəndə heyətinin tərkibində forumun açılış mərasimində iştirak edib.

Forumun ikinci günündə Səmərqəndin Qədim şəhər ərazisində “Dostluq ağacı” adlı ağacəkmə aksiyası təşkil olunub. Aksiyada Niyazi Bayramov da iştirak edib.

Qeyd edək ki, “Dostluq ağacı” aksiyası şəhərlər arasında dostluq və tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi, eləcə də beynəlxalq əməkdaşlığın inkişafına verilən önəmin rəmzi hesab olunur.

Niyazi Bayramov daha sonra “Şəhərlərin imkanları” sərgisi ilə tanış olub. Sərgidə Özbəkistanın şəhərlərinin mədəni, elmi, sənaye, xidmət, logistika, turizm və infrastruktur potensialı xarici və yerli investorlara təqdim edilib. Tədbirin məqsədi şəhərlərin iqtisadi imkanlarının tanıdılması, yeni investisiya layihələrinin cəlb olunması və biznes üçün yaradılmış əlverişli şəraitin nümayiş etdirilməsi olub.

Sərginin sonunda Özbəkistanın Qardaş Şəhərlər Assosiasiyasının sədri Zakir Abidov Niyazi Bayramova simvolik hədiyyə təqdim edib, xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, forum çərçivəsində bələdiyyələrarası əməkdaşlığın inkişafı, qabaqcıl təcrübənin mübadiləsi, ticarət-iqtisadi, investisiya, turizm, elm, təhsil və mədəni-humanitar sahələrdə əməkdaşlıq perspektivləri müzakirə olunur. Eyni zamanda, şəhər və regionlar arasında yeni birbaşa əlaqələrin qurulması istiqamətində fikir mübadiləsi aparılır.

0b3044d1 b219 448c b1a2 d40df88640db 21cb4fd8 c818 4e04 972c 1db6b67fcc45 2217b9ec deef 49f7 98a9 661a013cb0e8 570092e9 7d84 4377 9fd9 a27abbdde242 ccfa60df 1258 4d2c a5e4 b5e926fc5d52 f533c3ab 43d6 43e6 94cc cdb805a92adb

WhatsApp Image 2026 07 25 at 14.57.28 2 WhatsApp Image 2026 07 25 at 14.57.28 WhatsApp Image 2026 07 25 at 14.57.28 4 WhatsApp Image 2026 07 25 at 14.57.28 1

WhatsApp Image 2026 07 25 at 14.57.28 3

***

 24–25 iyul tarixlərində Özbəkistanın Səmərqənd şəhərində ilk dəfə təşkil olunan “Qardaş şəhərlər” I Beynəlxalq Forumu davam edir.

Globalinfo.az xəbər verir ki, Forum çərçivəsində Səmərqəndin Qədim şəhər ərazisində “Dostluq ağacı” adlı ağacəkmə aksiyası təşkil olunub.

Aksiyada Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov da iştirak edib.

Qeyd edək ki, “Dostluq ağacı” adlı aksiyanın  təşəbbüsü şəhərlər arasında dostluq və tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi, eləcə də beynəlxalq əməkdaşlığın inkişafına verilən önəmin rəmzi hesab olunur.

WhatsApp Image 2026 07 25 at 12.44.23 2 WhatsApp Image 2026 07 25 at 12.44.23 1

WhatsApp Image 2026 07 25 at 12.44.23

Paylaş: