Bakının Nərimanov rayonunda yerləşən Təbriz küçəsinin A. Nemətulla küçəsi ilə kəsişməsindən Ə. Ağaoğlu küçəsi ilə kəsişməsinədək olan hissəsində abadlıq-yenidənqurma işləri həyata keçiriləcək.
Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bununla bağlı elan olunan tendering qalibi “Qrand Dizayn Konstrakşn” MMC-dir.
Bunun üçün Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC şirkətə 22 milyon 966 min 964 manat ödəyəcək.