1784659430 749354808 3035243510200552 3539650244593555799 n

Paytaxtın Yasamal rayonu, Kənar Dairəvi yolda otluq ərazidə baş verən yanğın səbəbindən “Biləcəri” dairəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyət aradan qaldırılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti də Binəqədi rayonu, Biləcəri qəsəbəsində açıq ərazidə baş vermiş yanğının Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürüldüyünü açıqlayıb.

***

Paytaxtın Yasamal rayonu, Kənar Dairəvi yolda otluq ərazidə yanğın baş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, sürücülərin təhlükəsizliyini təmin etmək məqsədilə yol polisi tərəfindən “Biləcəri” dairəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq olunub.

1784659430 749354808 3035243510200552 3539650244593555799 n 1

Paylaş: