AMEA A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun direktoru Kərim Şükürovun adından saxta zənglər edilir.
Globalinfo.az xəbər verir ki, bu barədə institutun mətbuat katibi Nərminə Ağayeva məlumat yayıb.
O bildirib ki, Kərim Şükürovun adından ayrı-ayrı şəxslərə zənglər edilir, müxtəlif tələblər irəli sürülür. Qeyd olunub ki, həmin zənglərin direktorla heç bir əlaqəsi yoxdur və yayılan məlumatlar həqiqəti əks etdirmir.
“Hazırda +994 77 316 38 51 nömrəsindən AMEA A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun direktoru Kərim Şükürovun adından müxtəlif tələblər irəli sürülür. Bu məlumatlar həqiqəti əks etdirmir və rəsmi xarakter daşımır. Hər kəsdən bu cür zənglərə etibar etməmələri xahiş olunur”, – deyə məlumatda vurğulanıb.