mer

“Ukraynada bütün kişilər, hətta qadınlar da müharibəyə hazırlanmalıdır”.

Globalinfo.az xəbər verir ki, bunu Lvov meri Andrey Sadovıy “RBK-Ukrayna” nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, hərbi təhsil və hazırlıq Ukrayna üçün əsas prioritetlərdən biridir.

“Biz başa düşməliyik ki, daim mövcudluğumuza təhlükə olan bir ölkədə yaşayırıq. Bu, coğrafi mövqeyimizlə bağlıdır. Hər bir kişi, hətta bəlkə də qadın da özünü müdafiə etməyi bacarmalıdır.

İstəyərdim ki, bütün kişilər hərbi xidmət keçsin və İsrail nümunəsində olduğu kimi dövləti müdafiə etməyə hazır olsunlar”, – Sadovıy bildirib.

O əlavə edib ki, Ukraynanın bu məsələdə başqa çıxış yolu yoxdur, çünki Rusiyanı dəyişmək mümkün deyil.

Əliyar Xəlil
Globalinfo.az  

Paylaş: