tramp iran

“Hörmüz boğazında gəmilərə və dəniz yüklərinə dəyən zərər ABŞ-ın nəzarəti altında olan İranın dondurulmuş aktivləri hesabına ödəniləcək”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

“Dəymiş zərər kifayət qədər böyük ola bilər, lakin bu, ədalətli və vicdanlı addımdır”, – deyə o bildirib.

Trampın bəyanatına cavab olaraq İranın xarici işlər naziri Abbas Əraqçi deyib ki, gəmilərə dəyən zərərin ödənilməsi üçün İranın aktivlərinin müsadirə olunması “təhlükəli presedent” yaradır:

“Bu vəsaitlərin istifadəsini alqışlayan və ya bundan faydalananlar yadda saxlamalıdırlar ki, hökumətlər əmlakın müsadirəsini adi təcrübəyə çevirdikdə, artıq heç kimin aktivlərinin təhlükəsizliyinə təminat qalmır”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: