tramphy qnnadatel e irani vera n363510 1

ABŞ Prezidenti Donald Tramp İrana qarşı indiyədək görünməyən miqyasda hərbi əməliyyatın keçiriləcəyini deyib.

Globalinfo.az xəbər verir ki, Tramp bunu “Axios” nəşrinə müsahibəsində deyib:

“İrana indiyədək olduğundan daha genişmiqyaslı zərbə endirilə bilər. Qərar verməyə çox yaxınam və buna tam hazırıq. İranlılar hələ kifayət qədər ağrı hiss etməyiblər. Əgər istəsəm, İsrail iki dəqiqə ərzində bu əməliyyata qoşular. Lakin bizim heç kimə ehtiyacımız yoxdur. Bununla belə, İsrail İrana qarşı zərbələrdə iştirak etsə, bunun onun üçün müəyyən nəticələri olacaq.”

Tramp açıqlamasında mümkün nəticələrin nədən ibarət olacağını dəqiq deməyib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: