Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-a səfər etməyi nəzərdən keçirir.
Globalinfo.az xəbər verir ki, bu barədə Ukraynanın “Suspilne” nəşri diplomatik mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, səfərin məqsədi senator Lindsi Qremin dəfn mərasimində iştirak etmək və ABŞ Prezidenti Donald Trampla görüş keçirməkdir.
Məlumata görə, Zelenski ilə Tramp arasında görüş Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə sülh danışıqlarının davamı çərçivəsində baş tuta bilər:
“Zelenskiyə Qremlə vida mərasimində iştirak etmək üçün rəsmi dəvət göndərilib. Lakin səfərin yekun proqramı, keçiriləcək görüşlər və iştirakçıların siyahısı hələ tam razılaşdırılmayıb. Əgər Zelenski ABŞ-a gedə bilməsə, onu Ukrayna nümayəndə heyəti əvəz edəcək”.
Əliyar Xəlil
Globalinfo.az