İran İraq, Bəhreyn və Küveyti quru əməliyyatı başlatmaqla hədələyib.
Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə İran parlamentinin üzvü və keçmiş xarici işlər naziri Mənuçöhr Müttəki açıqlama verib.
“ABŞ-nin quru qoşunlarının hücumundan dərhal sonra İran İraq, Bəhreyn və Küveytdəki Amerika hərbi bazalarına qarşı quru əməliyyatına başlayacaq”, – deyə o qeyd edib .