Məhkəmə tiktoker Arzumla bağlı həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edib.
Globalinfo.az xəbər verir ki, Arzum məhkəmə zalından azad edilib.
“Anews.az” yazır ki, Bakı Apellyasiya Məhkəməsi “Arzum 9999” ləqəbli tiktoker İlduzə Hacıyevanın apellyasiya şikayətini təmin edib və onun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub.
Məhkəmə qərarında ona sosial şəbəkələrdən istifadə olunması qadağan olunub.
Cinayət işinin materiallarına əsasən, hadisə 2025-ci ilin iyununda Bakının Xəzər rayonu, Mərdəkan qəsəbəsində baş verib. Yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb, bir nəfər isə ağır bədən xəsarətləri alıb.
İttihama görə, İlduzə Hacıyeva qəzanı törətdikdən sonra hadisə yerini tərk edib.
O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə təqsirli bilinib.
***11:56
20 gün əvvəl avtoqəza ilə bağlı həbs edilən tiktoker İlduzə Hacıyevanın – sosial şəbəkələrdə “Arzum 9999” adı ilə tanınan şəxsin apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.
Globalinfo.az bildirir ki, İlduzə Hacıyeva bir qədər əvvəl konvoyun müşayiəti ilə Bakı İstintaq Təcridxanasından məhkəmə binasına gətirilib.
Onun yaxınları da məhkəmə binasına gəliblər və veriləcək qərarı gözləyirlər.
Video Baku TV-yə məxsusdur:
