nigar ferhad

Vətəndaşlara xaricdə təhsil imkanı vəd edən “AID Group”un daxil olduğu “AID Language Center” MMC-nin vergi borcu üzə çıxıb.

Globalinfo.az pravda.az-a istinadən xəbər verir ki, hazırda “passiv” durumda olan şirkətin dövlətə 3 277 AZN borcu var.

Nizamnamə kapitalı 100 AZN, hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 2, mənzil 44 olan MMC-nin qanuni təmsilçisi aparıcı Nigar Fərhadın anası Arzu Hidayət qızı Əliyevadır. pizza hut

Bəzi şəxslər xaricdə təhsil üçün şirkətə vəsait ödədiklərini, amma cavab ala bilmədiklərini bildirirlər.

Fəaliyyətini dayandıran MMC ilə bağlı hüquq mühafizə orqanları araşdırma aparırlar. N.Fərhadın və anası A.Əliyevanın telefonlarına zəng çatmır.

Xaricdə təhsil aldığını bildirən aparıcı müsahibələrinin birində demişdi: “Ən böyük uğurum biznes həyatımdakı düzgünlüyümdür”.

Paylaş: