putink

Rusiya prezidenti Vladimir Putinin qocalmanı yavaşlatmaq və insan ömrünü uzatmaq məqsədi daşıdığı iddia edilən milyardlarla dollarlıq layihəsi yenidən gündəmə gəlib.

Globalinfo.az Publika.az-a istinadən xəbər verir ki, Britaniyanın “The Sun” nəşrinin iddiasına görə, Kreml qocalma əleyhinə elmi tədqiqatlara təxminən 27 milyard dollar ayırıb.

Layihələr gen terapiyası, bioçap texnologiyası, genetik modifikasiya olunmuş məhsullar və insan orqanlarının yenidən istehsalı istiqamətlərini əhatə edir.

Məlumata görə, Rusiyada insan toxumalarının üçölçülü (3D) printerlər vasitəsilə istehsalı və genetik baxımdan insan orqanizmi ilə uyğun olduğu düşünülən miniatura donuzlarda insan orqanlarının yetişdirilməsi üzərində araşdırmalar aparılır. Tədqiqatların əsas məqsədinin 2030-cu ilə qədər insan orqanlarının tamamilə dəyişdirilməsinə imkan yaratmaq olduğu bildirilir.

6a5f273fa7721fe8b138fac1

Putinin Soçi yaxınlığında yerləşən “Sirius” Elm və Texnologiya Universitetində gen mühəndisliyi, qocalma əleyhinə texnologiyalar və bioçap üzrə gizli laboratoriyaların fəaliyyət göstərdiyi də iddia olunur.

Xəbərdə həmçinin rusiyalı alimlərin qocalmaya davamlı çılpaq köstəbək siçanları, dişli balinalar və bioloji baxımdan qocalmadığı qəbul edilən ölümsüz meduza üzərində araşdırmalar apardığı qeyd edilir. Putinin antioksidant tərkibi adi çiyələklərdən 12 dəfə çox olduğu iddia edilən genetik modifikasiya olunmuş çiyələklərlə də maraqlandığı bildirilir.

6a5f27c5a7721fe8b138fac9

İddialar arasında Putinin Sibirdəki Altay dağlarında gənc maralların qanı ilə hazırlanmış vannalara girdiyi də yer alır. “More Than Fact” kanalının iddiasına görə, Putin bu ritualın testosteronu artırdığına və ömrü uzatdığına inanır.

Məlumata görə, Putinin böyük qızı Mariya Vorontsova da dövlət dəstəkli genetik tədqiqatlarda iştirak edir. Kremlin alimlərdən hüceyrə qocalmasının yavaşladılması, immun sisteminin gücləndirilməsi və koqnitiv itkilərin qarşısının alınması ilə bağlı araşdırmaları sürətləndirməyi tələb etdiyi də iddia olunur.

Paylaş: