WhatsApp Image 2026 07 21 at 14.13.50

Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer bu gün Berlində Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən danışıqlar barədə paylaşım edib.

Globalinfo.az xəbər verir ki, müvafiq paylaşım Almaniya prezidentinin “Facebook” sosial şəbəkəsindəki rəsmi səhifəsində yerləşdirilib.

“Danışıqların diqqət mərkəzində ikitərəfli münasibətlər, ErmənistanAzərbaycan arasındakı sülh prosesi, eləcə də aktual regional və beynəlxalq məsələlər yer alıb”, – Ştaynmayer qeyd edib.

O, ErmənistanAzərbaycan arasında sülh nizamlanması və münasibətlərin normallaşması prosesində əldə olunan irəliləyişi alqışlayıb, hərtərəfli sülh sazişinin bağlanması yolunda gələcək addımlara dəstəyini ifadə edib.

Paylaşımda AlmaniyaAzərbaycan əməkdaşlığının inkişafına xüsusi diqqət yetirilib. Almaniya Prezidenti Azərbaycanın Cənubi Qafqazda, xüsusilə energetika və iqtisadiyyat sahələrində Berlinin mühüm tərəfdaşı kimi əhəmiyyətini vurğulayıb.

Paylaş: