Almaniyanın Azərbaycana təyin edilən yeni səfiri Dirk Lölken Bakıya gəlib.
Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı Almaniyanın ölkəmizdəki səfirliyi sosial şəbəkə hesablarında açıqlayıb.
“Qarşıdan gələn illərdə Almaniya–Azərbaycan münasibətlərini daha da gücləndirməyə, ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığı genişləndirməyə həvəslə gözləyirəm”, – deyə bu gün Bakıda fəaliyyətinə başlayan səfir bildirib.


