2026-cı il dünya çempionatı ən məhsuldar mundial olub.
Globalinfo.az xəbər verir ki, bu barədə FİFA məlumat yayıb.
Bildirilib ki, ABŞ, Meksika və Kanadada keçirilən çempionatda 104 oyun keçirilib və ümumilikdə 308 qol vurulub.
Əvvəlki rekord 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında qırılmışdı: 64 qarşılaşmada 172 qol.
Qeyd edək ki, DÇ-2026 ilk dəfə 48 komandanın iştirakı ilə keçirilib. Turnirin finalında İspaniya Argentina yığmasına 1:0 hesabı ilə qalib gələrək dünya çempionu olub.