rodion 11 mir

“Zaporojye Atom Elektrik Stansiyasının baş mühəndisinin qətlə yetirilməsi stansiyanın idarəetmə sistemini iflic etməyə yönəlib və radiasiya qəzası riskini artırır”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik deyib.

O bildirib ki, Zaporojye AES-in baş mühəndisi Aleksandr Yakovlev xidməti avtomobilinə endirilən məqsədli dron zərbəsi nəticəsində həlak olub.

“Bu, qaçılmaz olaraq texnogen radiasiya fəlakəti riskini yüksəldir”, – deyə Miroşnik qeyd edib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: