Zərdab rayonunda azyaşlı bədbəxt hadisə zamanı həyatını itirib.
Globalinfo.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə rayonun Qoruqbağı kəndində qeydə alınıb.
İlkin məlumata əsasən, kənd sakini 2023-cü il təvəllüdlü Kərimli Əsma Yaqub qızı atası Kərimli Yaqub Bəsər oğlunun idarə etdiyi otbağlayan aqreqatın təkəri altında qalıb.
Azyaşlı aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.