amerikali jurnalist

Amerikalı jurnalist Kendis Ovens insult keçirən mühafizəçisinin həyatını xilas etdiklərinə görə prezident Vladimir Putinə, rusiyalı həkimlərə və bütövlükdə rus xalqına təşəkkür edib.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumat jurnalistin RT-nin əldə etdiyi məktubunda yer alıb.

Məlumata görə, mühafizəçi Ovensin Rusiyaya səfəri zamanı insult keçirib və yerli həkimlər tərəfindən ona təcili beyin əməliyyatı edilib. Jurnalist əməliyyatın nəticələrindən heyrətləndiyini bildirib:

“Möcüzəvi şəkildə bu əməliyyat nəticəsində nəinki pasiyentin həyatı üçün təhlükə yaradan tromb çıxarıldı, həmçinin onun ümumi səhhəti əsaslı şəkildə yaxşılaşdı. İllərdir əziyyət çəkdiyi xroniki problemlər tamamilə yoxa çıxdı, görmə və eşitmə qabiliyyəti o qədər yaxşılaşdı ki, artıq heç bir korreksiya vasitəsinə ehtiyacı qalmadı”.

Qeyd edək ki, iyunun əvvəlində Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak edən Ovens səfəri çərçivəsində Moskvada da olub. O, paytaxtın memarlığından, xüsusən də şəhərdəki çoxsaylı kilsələrdən heyran qaldığını vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: