Ermənistanın müdafiə naziri Suren Papikyan Fransadan alınan 155 mm-lik “Sezar” özüyeriyən artilleriya qurğusunun tətbiq edildiyi hərbi təlimlərdən video paylaşıb.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
“Ermənistan hərbçilərinin 155 mm-lik “Aramazd” (Ermənistanda “Sezar” artilleriyasına verilən ad – red.) özüyeriyən artilleriya qurğuları ilə təlimi”, – Papikyan bildirib.
Qeyd edək ki, 2024-cü ilin iyun ayında İrəvan və Paris arasında 36 belə qurğunun tədarükü üçün müqavilə imzalanmışdı.