qalibaf 1

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ-ın Yaxın Şərqə yeni hərbi texnika göndərməsini tənqid edib.

Globalinfo.az xəbər verir ki, o bu barədə “X” sosial şəbəkəsində yazıb.

    “Amerikalılar bölgəyə davamlı olaraq yeni hərbi texnika gətirirlər. Zənn edirlər ki, bizim kəşfiyyatımız onların intellekti qədər zəifdir.

    Biz ABŞ-ın bu oyunlarını anlamaq mərhələsinə çatmışıq və uyğun şəkildə hazırlaşırıq”, – o vurğulayıb.

    Qalibaf Vaşinqtonun bəyanatları ilə atdığı addımların bir-birinə zidd olduğunu bildirib.

    Paylaş: