dc 26 2

ABŞ, Meksika və Kanadada keçirilən 2026-cı il dünya çempionatı turnirin tarixində ən yüksək tamaşaçı rekordunu yeniləyib.

Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə FIFA-nın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, mundialın oyunlarını ümumilikdə 6 810 966 azarkeş stadionlardan izləyib. Bununla da 1994-cü ildə ABŞ-da təşkil olunan dünya çempionatına məxsus 3 587 538 tamaşaçı rekordu geridə qalıb.

Qeyd edək ki, DÇ-2026 tarixdə ilk dəfə 48 milli komandanın iştirakı ilə keçirilib.

Final görüşündə İspaniya əlavə vaxtda Argentinaya 1:0 hesabı ilə qalib gələrək dünya çempionu olub.

Paylaş: