abs herbcisi

İranla davam edən silahlı münaqişədə həlak olan ABŞ hərbçilərinin sayı 17 nəfərə yüksəlib.

Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə “Associated Press” (AP) məlumat yayıb.

Məlumata görə, İranla döyüşlər başlayandan bəri yaralanan ABŞ hərbçilərinin sayının da 400-ü keçib.

Qeyd edək ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) iyulun 18-də İraqda bir hərbçinin İranın vurulmuş pilotsuz uçuş aparatının sursatını detonasiya yolu ilə məhv edərkən öldüyünü açıqlayıb.

Bundan əvvəl, iyulun 17-də İordaniyada İranın hücumunu dəf edərkən iki ABŞ hərbçisi həlak olub.

Həmin gün itkin düşən daha bir hərbçinin qalıqları isə iyulun 19-da İranın son zərbə endirdiyi ərazidə aşkar edilib.

Paylaş: