israil

İsrail ordusu Qəzza zolağı ətrafında hərbi qadağa zonası elan edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Əl-Hədəs” telekanalı məlumat yayıb.

Qərarın ifrat sağçı siyasətçilər və tərəfdarlarının Qəzzaya yürüş planının qarşısını almaq məqsədi daşıdığı bildirilir.

Yürüşdə milli təhlükəsizlik naziri İtamar Ben-Qvir və maliyyə naziri Betsalel Smotriç daxil olmaqla bir neçə hökumət üzvünün iştirakının nəzərdə tutulduğu qeyd olunur.

Aksiya Qəzzada yeni İsrail yaşayış məntəqələrinin yaradılmasına dəstək məqsədi daşıyırdı.

Xatırladaq ki, Qəzza zolağında müharibə 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailin cənubuna hücumu ilə başlayıb.

Paylaş: