AA 20260718 42009020 42009006 KOSOVALI BUJAR MULI 2 TON AGIRLIGI TASIYARAK GUINNESS REKORLAR KITABINA GIRDI 3

Mbappe İngiltərə ilə qarşılaşmada dubl edərək ümumi qol sayını 22-yə çatdırıb. 

Bununla da Mbappe bu göstəricidə Argentina millisinin kapitanı Lionel Messini geridə qoyub. Messinin hesabında hazırda 21 qol var. Argentinalı ulduzun komandası isə hələ İspaniyaya qarşı final matçına çıxacaq və rekordunu yeniləmək imkanı qalır.

***

Fransa millisinin hücumçusu Kilian Mbappe futbol üzrə dünya çempionatlarında vurduğu qolların sayına görə Lionel Messinin rekordunu təkrarlayıb.

Globalinfo.az xəbər verir ki, 27 yaşlı futbolçu DÇ-2026-da İngiltərə ilə üçüncü yer uğrunda keçirilən oyunda fərqlənərək mundiallardakı qollarının sayını 21-ə çatdırıb.

Bununla da Mbappe bu göstəricidə Argentina millisinin kapitanı Lionel Messi ilə eyni nəticəyə imza atıb.

Dünya çempionatları tarixinin ən məhsuldar futbolçuları siyahısında üçüncü yeri Almaniya millisinin sabiq hücumçusu Miroslav Kloze tutur. Onun hesabında 16 qol var. Fəaliyyətini davam etdirən futbolçular arasında isə İngiltərə millisinin forvardı Harri Keyn 14 qolla növbəti pillədə qərarlaşıb.

Qeyd edək ki, Mbappe 2024-cü ildən İspaniyanın “Real Madrid” klubunda çıxış edir. O, Fransa millisi ilə 2018-ci ildə dünya çempionu olub, 2022-ci il mundialında isə gümüş medal qazanıb və 8 qolla turnirin bombardiri seçilib.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: