6a5678b5a0a1d6a5678b5a0a1e17840518936a5678b5a0a1b6a5678b5a0a1c 22

Rusiyanın Krasnodar diyarında kənd təsərrüfatı təyinatlı Mi-2 helikopteri qəzaya uğrayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Krasnodar diyarı üzrə Baş İdarəsi məlumat yayıb.

Bildirilib ki, qəza Kalininskaya stanitsasından təxminən 2 kilometr aralıda, əkin sahələrinin emalı zamanı baş verib.

Hadisə nəticəsində helikopterin pilotu həlak olub.

Qəzanın səbəbləri araşdırılır.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: