tramphy qnnadatel e irani vera n363510 1

ABŞ Prezidenti Donald Tramp Kanadanı meşə yanğınları səbəbindən tariflərin artırılacağı ilə hədələyib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə “Truth Social”da yazıb.

O, Kanada hakimiyyət orqanlarının meşələrə ciddi nəzarət etmədiyini, çirkli və zərərli havanın ABŞ-a daxil olmasına səbəb olduğunu iddia edib.

Tramp bu məsələni Kanadanın Baş naziri Mark Karni ilə müzakirə edəcəyini bildirib:

“Bu, ildən-ilə baş verən və ABŞ-a milyardlarla dollara başa gələn qəsdən edilən səhlənkarlıqdır və çirklənmə ilə bağlı xərclər Kanadanın hazırda ödədiyi rüsumlara əlavə olunmalıdır”.

Paylaş: