Hava hücumundan müdafiə sistemləri İraq Kürdüstanının paytaxtı Ərbildəki ABŞ konsulluğuna doğru gedən dörd dronu vurub.
Globalinfo.az xəbər verir ki, bu barədə “Shafaq News” İraq təhlükəsizlik qüvvələrindəki mənbəyə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, bütün PUA-lar hədəfə çatmadan məhv edilib. Hava hücumundan müdafiə sistemlərinin Amerika konsulluğunun yerləşdiyi Ərbil beynəlxalq hava limanının yaxınlığında işə salındığı dəqiqləşdirilib.
Mümkün itki və ya ziyan barədə heç bir məlumat verilməyib.
İranın Ali Liderinin hərbi müşaviri Möhsün Rzayi bir müddət əvvəl ABŞ-ın İslam Respublikasına hücumlarını iki-üç gün davam etdirəcəyi təqdirdə İran ordusunun hücum əməliyyatlarına başlayacağını bildirmişdi.
Tahir Turan
Globalinfo.az