Baki Tehran 900x542 1

İran Kəşfiyyat Nazirliyi xarici ölkələrdə fəaliyyət göstərən iranlıların təsis etdiyi müxalifət media orqanları, bir neçə xarici ölkənin İranla əlaqəli media qurumları və iranlı media fəallarının adlarını açıqlayıb”.

Globalinfo.az xəbər verir ki, bunu tanınmış politoloq Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, siyahıda Güney Azərbaycan Televiziyası da var:

“Deməli, “Günaz TV”-yə müsahibə verən, mesaj yazan, foto və video göndərən şəxslərin “casusluğa görə cəzanın artırılması haqqında qanunun 4-cü maddəsinə” əsasən ağır cəzalandırılacaqları barədə xəbərdarlıq edilib. İkinci Qarabağ müharibəsi zamanı güneyli soydaşlarımız “Günaz TV”-yə işğalçı Ermənistana daşınan hərbi yüklərin foto və videolarını göndərirdilər. İran üzərindən Rusiya hərbi texnikasının Azərbaycanla müharibə aparan Ermənistana daşınmasının üstü açıldıqdan sonra Tehrana kəskin reaksiya bildirildi və proses dayandırıldı. İndi İrandakı mühafizəkar rejimin məntiqinə görə, həmin foto və videoları “Günaz TV”-yə göndərən soydaşlarımız cəzalanmalıdır. “Günaz TV” Güney Azərbaycanda çanaqlar vasitəsilə izlənilir, müxtəlif proqramlara mesajlar yazılır, zənglər edilir, şərhlər verilir. İran rejimi bunun qarşısını almağa çalışır”.

elxan sahinoglu 0

Elxan Şahinoğlu

Azərbaycan da oxşar qərar verməlidirmi? Başda “Səhər” kanalı olmaqla İranda Azərbaycan əleyhinə təbliğat aparan, dezinformasiya yayan televiziya kanallarına müsahibə verən, foto və video göndərən şəxslər hüquqi məsuliyyətə cəlb olunmalıdırlarmı? Çünki, “Səhər” televiziya kanalının əməkdaşları tez-tez Azərbaycanın siyasi ekspertlərinə də zənglər edir, rəylər almağa çalışırlar” – Elxan Şahinoğlu bildirib.

Globalinfo.az

Paylaş: