baki

Rusiya və Ukrayna arasında davam edən silahlı münaqişə ilə bağlı dərin narahatlığımızı ifadə etdik.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla birgə mətbuat konfransında deyib.

    Nazir bildirib ki, bu münaqişə daha geniş regionda sabitliyə ciddi mənfi təsir göstərməkdə davam edir: “Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə sadiqliyini ardıcıl şəkildə təsdiqləyir, gərginliyin azaldılmasına və münaqişənin sülh yolu ilə həllinə çağırır”.

    Ceyhun Bayramov qeyd edib ki, regional və beynəlxalq məsələlər kontekstində Yaxın Şərqdəki vəziyyəti də müzakirə ediblər: “Davam edən qeyri-sabitlik şəraitində diplomatik əməkdaşlıq, dialoq və beynəlxalq hüququn norma və prinsiplərinə ciddi əməl olunması gərginliyin daha da artmasının qarşısını ala, humanitar vəziyyətin pisləşməsini önləyə və regional, hətta daha geniş əməkdaşlıq üçün minimal şərait yarada biləcək əsas vasitələr kimi gündəlikdədir”.

    Paylaş: