zelenskiy reu 2076192

Ukraynanın müdafiə naziri Mixaylo Fedorovun vəzifədən çıxarılması NATO-da da təəccüb doğurub.

Globalinfo.az xəbər verir ki, bu barədə “Politico” nəşri yazıb.

Adının açıqlanmasını istəməyən Şimali Atlantika Alyansının nümayəndəsi deyib:

“Biz onu çox sevirdik, o, öz işini əla yerinə yetirirdi. Fedorovun müdafiə naziri postundan uzaqlaşdırılacağını gözləmirdik”.

Avropanın müdafiə sahəsində çalışan yüksəkvəzifəli rəsmilərindən biri isə Fedorovun “çox səmərəli” fəaliyyət göstərdiyini vurğulayaraq, onu “əsasən mexaniki bir dünyada çalışan rəqəmsal texnologiyalar mütəxəssisi” kimi xarakterizə edib.

Almaniyanın müdafiə naziri Boris Pistorius da Fedorovun fəaliyyətini yüksək qiymətləndirib və Ukraynanın son uğurlarını onun rəhbərliyi dövründə görülən işlərlə əlaqələndirib.

Bundan əvvəl Kiyev və Ukraynanın bir sıra digər şəhərlərində sakinlər vəzifədən uzaqlaşdırılan müdafiə naziri Mixaylo Fedorova dəstək məqsədilə küçələrə çıxmışdılar.

Qeyd edək ki, Ukraynanın müdafiə naziri Mixaylo Fedorov vəzifəsindən istefa verib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: