ABŞ prezidenti Donald Tramp 19 iyul bazar günü Nyu-Cersi ştatındakı MetLife stadionunda keçiriləcək 2026-cı il FIFA Dünya Kubokunun final matçına qatılacaq.
Globalinfo.az “Unikal”a istinadən xəbər verir ki, bu barədə Ağ Ev açıqlama yayıb.
Qeyd olunur ki, Tramp İspaniya və Argentina arasında möhtəşəm oyundan sonra kuboku qalib komandanın kapitanına şəxsən təqdim edəcək. Trampın mükafat mərasimi boyunca kürsüdə qalması və şənliklərdə iştirak etməsi gözlənilir.
İspaniya və Argentina 19 iyul bazar günü Dünya Kubokunun finalında üz-üzə gələcəklər. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq və ABŞ-nin Nyu-Cersi ştatının Şərqi Rezerford şəhərindəki MetLife stadionunda oynanılacaq.