“Rusiya, Çin, İran və Şimali Koreya ABŞ-ın seçki sisteminə təsir göstərmək imkanına malikdir”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
Onun sözlərinə görə, uzun illər ərzində amerikalılara ölkənin seçki infrastrukturunun, o cümlədən elektron səsvermə maşınlarının və bülletenlərin hesablanması sistemlərinin təhlükəsizliyi barədə həqiqət deyilməyib.
“Qiymətləndirməmizə görə, ABŞ-ın rəqibləri, o cümlədən Rusiya, Çin, İran və Şimali Koreya, eləcə də qeyri-dövlət qrupları ölkənin seçki infrastrukturunu təhlükə altına salmaq imkanına malikdir”, – deyə Tramp hesabatdan sitat gətirib.
ABŞ lideri əlavə edib ki, xarici müdaxilə baxımından ən həssas sahələr mərkəzləşdirilmiş məlumat bazaları, seçicilərin qeydiyyat reyestrləri, seçici siyahıları (pollbooks) və seçki komissiyalarının rəsmi internet saytları hesab olunur.
Əliyar Xəlil
Globalinfo.az