İstifadə olunan təbii qazın dəyərinin ödənilməsi ilə bağlı yenilik tətbiq olunacaq.
Globalinfo.az bildirir ki, Oxu.Az-ın məlumatına görə, bundan sonra ödənişləri POS-terminallar vasitəsilə etmək mümkün olacaq.
Belə ki, istifadə olunan qazın dəyəri və sabit tarif bank, poçt, POS-terminal, elektron ödəmə sistemləri, o cümlədən internet vasitəsilə və ya köçürmə yolu vasitəsilə ödəniləcək.
Qeyd edək ki, daha əvvəl qazın dəyəri yalnız bank və ya poçt şöbələri vasitəsilə ödəmək mümkün idi.