
İraq Kürdüstanının Ərbil şəhərində yerləşən ABŞ hərbi bazası İran istehsalı “Şahed-136” kamikadze pilotsuz uçuş aparatı ilə vurulub.
Globalinfo.az xəbər verir ki, yayılan məlumatlara görə, hücum nəticəsində bazada yerləşən ən azı bir “Patriot PAC-3” hava hücumundan müdafiə sistemi sıradan çıxarılıb.
Hadisə ilə bağlı ABŞ Müdafiə Nazirliyi və ya digər rəsmi qurumlar hələlik açıqlama verməyib.
Tahir Turan
Globalinfo.az