yanginsondurC999n2

Bakıda açıq ərazidə yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyindən Globalinfo.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Səməd bəy Mehmandarov küçəsində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

    Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

    Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.

    Əlavə məlumat veriləcək.

    Paylaş: